Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da, top qapıdan keçmək istəmədi"
"Zirə" "Payde" ilə matçda çoxsaylı qol vəziyyətləri yaratsa da, topu qapıdan keçirə bilməyib.
"Far.Az"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından sonra mətbuat konfransında bildirib.
"Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Təəssüf ki, top qapıdan keçmək istəmirdi. Bəzən belə olur və nəticədə uduzduq. Rəqibi təbrik edirəm. Mərhələni keçməyə biz layiq idik, amma alınmadı",- deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
UEFA Konfrans Liqası: "Zirə"nin "Payde" ilə matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə matçda hesabı açıb - YENİLƏNİR
Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da top qapıdan keçmək istəmədi"
UEFA Konfrans Liqası: "Zirə" "Torpedo"nun qapısından üçüncü topu keçirib - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
-
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi: Sənətkarın son ad günü necə keçdi?
-
ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb













