Azərbaycanda AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb
Far.Az xəbər saytı

Azərbaycanda AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb


Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyun ayında ölkədə AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 1,076 milyard manat, sayı isə 12,928 milyon əməliyyat təşkil edib.

2025-ci ilin iyun ayı ilə müqayisədə AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 895,5 milyon manat və ya 6 dəfə, əməliyyatların sayı isə 12,535 milyon və ya 32,9 dəfə artıb.

Ötən ilin iyun ayında ölkədə AÖS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 180,5 milyon manat, sayı isə 393,5 min təşkil edirdi.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.

Bundan əlavə, debet kartlarının sayının 12 faiz artdığı, kredit kartlarının sayının isə 3,5 faiz azaldığı qeyd olunur.

"Hesabat dövründə ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.Qalan ödənişlərdən 1,325 milyard manatı POS-terminallar, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib",-deyə məlumatda qeyd olunur.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər