Qurban Qurbanov: "Futbolçularımız 120 dəqiqəlik oyuna tam hazır deyildilər"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Futbolçularımız 120 dəqiqəlik oyuna tam hazır deyildilər"


"Qarabağ" komandasının futbolçuları 120 dəqiqəlik oyuna tam hazır deyildilər.

"Far.Az" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər. Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun biraz həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər".

Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.

Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Avropa Liqası:  "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Avropa Liqasında ÇSKA-ya uduzan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər