Birinci "Mərkəzi Asiya-Azərbaycan" sammiti oktyabrın 8-də Türkmənistanda keçiriləcək
Far.Az xəbər saytı

Birinci "Mərkəzi Asiya-Azərbaycan" sammiti oktyabrın 8-də Türkmənistanda keçiriləcək


"Mərkəzi Asiya – Azərbaycan" formatında birinci sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək.

"Far.Az"un Qırğızıstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.

Onun sözlərinə görə, birinci sammitin gündəliyinin layihəsi artıq hazırlanıb və formatın bütün iştirakçı dövlətlərinə göndərilib.

Berdiməhəmmədov qeyd edib ki, layihəyə əməkdaşlığın beş əsas istiqaməti daxil edilib.

"Biz beş əsas istiqaməti əhatə edən gündəlik layihəsini hazırlayaraq iştirakçı dövlətlərə göndərmişik. Bunlar sülh, sabitlik və təhlükəsizliklə bağlı aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması, Mərkəzi Asiya ölkələri və Azərbaycanın siyasi-diplomatik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizləri sahəsində əməkdaşlığın inkişafı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə üzrə birgə tədbirlər, Aral dənizinin bərpası üzrə səylərin əlaqələndirilməsi, eləcə də mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə və gənclər mübadiləsinin genişləndirilməsidir", - Berdiməhəmmədov qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər