Seuta yaxınlığında həlak olan 14 miqrantın cəsədi Tetuan xəstəxanasına aparılıb
Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta şəhərinə keçməyə çalışarkən həlak olan 14 nəfərin cəsədi Mərakeşin Tetuan xəstəxanasının morquna gətirilib.
"Far.Az" xəbər verir ki, bu barədə xəstəxananın məhkəmə-tibbi ekspertiza şöbəsindən bildirilib.
"Hazırda məhkəmə-tibbi ekspertiza şöbəsinə Seuta yaxınlığında həlak olan 14 miqrantın cəsədi gətirilib, onların yarısının şəxsiyyəti hələ də müəyyən edilməyib", - deyə tibb müəssisəsindən bildirilib.
"Hespress" portalının məlumatına görə, ölənlər arasında Yəmən vətəndaşı olan qadın da var. İki qurbanın cəsədi zəruri məhkəmə və inzibati prosedurlar başa çatdıqdan sonra qohumlarına təhvil verilib.
İyulun 30-da minlərlə miqrant piyada Seutaya çatıb. Şəhər rəhbərliyinin məlumatına görə, gələnlərin sayı təxminən 60 min nəfərə çatıb. İspaniyanın Daxili İşlər Nazirliyindən daha əvvəl 50 min miqrant barədə məlumat verilmiş, onların təxminən 37,5 mininin sonradan Mərakeşə qayıtdığı qeyd olunmuşdu.
Son məlumatlara görə, Seuta ərazisinə keçməyə çalışarkən ən azı 57 nəfər həlak olub.
Miqrasiya böhranı fonunda bir sıra Avropa ölkələri İspaniyanın Şengen zonasında üzvlüyünün dayandırılması məsələsinə baxmağa çağırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib
Köç karvanı Ağdam şəhərinə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
-
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub
-
Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub













