Cərrahiyə otağında qeyri-etik davranış: Pasiyent hüquqları necə qorunmalıdır?
Əməliyyat otağında, adətən, əsas diqqət yalnız pasiyentin sağlamlığına yönəlir. Lakin sosial şəbəkələrdə yayılan görüntülərdə əməliyyat zamanı yüksək səslə musiqi altında trend videosunun çəkildiyi görünür.
Videonu paylaşan LOR həkim Rauf Haqverdiyev bunun endirim kampaniyası çərçivəsində hazırlandığına dair paylaşım edib. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Bəs əməliyyat otağında bu cür çəkilişlərin aparılması qanunvericiliyə və tibb etikasına uyğundurmu?
"Birincisi, xəstənin sirri onun razılığı olmadan ictimailəşdirilə bilməz. Bu, qanun pozuntusudur. İkincisi, hər bir cərrahi əməliyyat üçün ayrılan vaxt səmərəli istifadə olunmalı, maksimum qısa müddətdə yekunlaşdırılmalıdır. Burada əlavə işlərə yol vermək xəstəni uzun müddət narkoz altında saxlamaq deməkdir. Əgər bu görüntülər çəkilib sosial şəbəkəyə qoyulursa, bu, həkimin xəbəri olmadan necə baş verə bilər?! Ümumiyyətlə, nəinki musiqi, hətta diqqəti yayındıran istənilən hərəkət yolverilməzdir", - deyə məsələ ilə bağlı danışan həkim Adil Qeybulla Baku TV-yə bildirib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir













