İran kəşfiyyatı AzTV-ni niyə düşmən sayır?
İranın Kəşfiyyat Nazirliyi - "Ettelaat" bir müddət öncə ölkənin Baş prokurorluğuna göndərdiyi məktubda İranın milli təhlükəsizliyi və maraqlarına qarşı İsrail və digər düşmən ölkələrlə əməkdaşlıq edən və casusluq fəaliyyəti göstərən şəxslərə qarşı ötən il parlamentin qəbul etdiyi "Casusluğa görə cəzanın şiddətləndirilməsi haqqında Qanun"un 4-cü maddəsinə uyğun olaraq tədbirlər görülməsini tələb edib.
Far.Az xəbər verir ki, bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan videomaterialda qeyd olunub.
Sözügedən qanuna əsasən, İsrail və digər düşmən ölkələrlə ideoloji, media və təbliğat sahəsində əməkdaşlığın, o cümlədən onlara bağlı media qurumlarına ölkənin milli təhlükəsizliyinə xələl gətirən xəbərlərin, video və foto materialların göndərilməsinin 3-cü və 5-ci dərəcəli həbs (müvafiq olaraq 2-5 və 10-15 il həbs), eləcə də dövlət işlərində çalışmaq qadağası ilə cəzalandırılması nəzərdə tutulur.
"Ettelaat" həmin məktuba "düşmən mediası" kimi qiymətləndirdiyi televiziya kanallarının, saytların və sosial media hesablarının 3 hissədən və 415 addan ibarət geniş siyahısını da əlavə edib. Nazirlik bu siyahının vaxtaşırı yenilənəcəyini də bildirib.
Siyahının "düşmən telekanalları" ehtiva edən 44 addan ibarət birinci hissəsində "Iran International", "BBC farsca", "Fərda" radiosu və "Amerikanın səsi" kimi kanallarla yanaşı, İrandakı qeyri-fars xalqların problemlərini işıqlandıran kanallar, o cümlədən "Güney Azərbaycan Televiziyası" (GünAz TV) yer alıb.
Siyahıda 19-cu yerdə isə Azərbaycan dövlət televiziyası - AzTV qeyd olunub. AzTV-nin bu siyahıya daxil edilməsi heç bir sağlam məntiqə və normal qonşuluq münasibətlərinə sığmayan absurd bir addımdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Türk tarixinə baxış və ideoloji yanaşmalar müzakirə olunub
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













