AzTV-dən yeni sənədli film: "Qara kabus"
Far.Az xəbər saytı

AzTV-dən yeni sənədli film: "Qara kabus"


AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan "Qara kabus" adlı yeni filmi yayımlanıb.

AzTV-nin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, filmdə narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, qaçaqmalçılıq marşrutları, dövlət sərhədlərində həyata keçirilən mübarizə tədbirləri, hüquq-mühafizə orqanlarının əməliyyatları, eləcə də narkomaniyanın cəmiyyət və insan taleləri üzərində ağır fəsadları geniş şəkildə işıqlandırılır.

"Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri narkotik qaçaqmalçılığına qarşı görülən tədbirlər, son illərdə əldə olunan nəticələr və müasir çağırışlar barədə məlumat veriblər. Filmdə həmçinin sərhəddə keçirilən əməliyyatlardan, dəniz və quru sərhədlərinin mühafizəsindən, müasir texnologiyalardan istifadə edilməklə törədilən cinayət cəhdlərindən bəhs olunur.

"Qara kabus" yalnız təhlükənin miqyasını göstərməklə kifayətlənmir, eyni zamanda narkomaniyadan əziyyət çəkmiş insanların həyat hekayələri vasitəsilə bu bəlanın fərdlərə və ailələrə vurduğu ağır zərbəni tamaşaçıya çatdırır. Maarifləndirmənin əhəmiyyətini ön plana çıxaran film gəncləri yanlış seçimlərin acı nəticələri barədə düşünməyə çağırır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü: ən böyük uğur növbəti qurbanın qarşısını almaqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər