Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"
Far.Az xəbər saytı

Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"


"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.

Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəmli şair deyil, həm də Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş, ictimai fəaliyyəti ilə seçilən ziyalı idi:

"Nəriman bəy sənətkar olmaqla yanaşı, ədəbiyyatımızın zənginləşməsində, inkişafında və ölkənin ictimai həyatında da çox fəal iştirak edib".

Xalq yazıçısı bildirib ki, Nəriman Həsənzadə son illər Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında çalışsa da, onun fəaliyyəti formal vəzifə ilə məhdudlaşmırdı.

Anar bildirib ki, Nəriman Həsənzadə ilə uzun illərin dostluğu bağlayıb və son vaxtlara qədər mütəmadi əlaqə saxlayıblar:

"Uzun illər qardaş münasibətlərimiz olub. Son aylara, hətta son həftələrə qədər telefonla danışırdıq. Hər dəfə onun mehriban səsini eşidəndə düşünürdüm ki, bəlkə sabah özünü daha yaxşı hiss edəcək. İndi isə çox kədərlənirəm ki, o səsi bir daha eşidə bilməyəcəyəm".

Yazıçılar Birliyinin sədri vurğulayıb ki, əsl sənətkarlar bu dünyadan köçsələr də, yaradıcılıqları ilə yaşayırlar:

"Yazıçılar, şairlər xoşbəxt insanlardır. Onlar bu dünyadan köçəndən sonra da əsərləri yaşayır. Bu gün biz Nəriman Həsənzadə ilə vidalaşırıq. Amma onun əsərləri həmişə yaşayacaq, xalqımızın yaddaşında və qəlbində qalacaq".

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xalq şairi Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər