"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib
Far.Az xəbər saytı

"Arsenal" Vinisius üçün "Real"a 135 milyon avro təklif edib


İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib.

"Far.Az" "Goal" nəşrinə istinadən xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər.

Bildirilir ki, Vinisius da karyerasını "topçular"da davam etdirməyə müsbət yanaşır.

Belə ki, braziliyalı futbolçu "Kral klubu"nun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı təklifini qəbul etməyib.

26 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər