Almaniyada işsizlərin sayı 3 milyonu keçdi
Almaniyada işsizlərin sayı iyul ayında 3 milyon həddini ötüb.
Far.Az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin (BA) açıqladığı məlumatda bildirilib.
Məlumata görə, ölkədə işsizlərin sayı bir ay ərzində 71 min nəfər artaraq 3 milyon 7 minə çatıb. İşsizlik səviyyəsi isə 0,2 faiz bəndi yüksələrək 6,4 faiz olub.
Federal Məşğulluq Agentliyi əmək bazarında son aylarda müşahidə olunan zəif dinamikanın davam etdiyini bildirib. Qeyd olunub ki, işəgötürənlərin yeni işçi tələbi də aşağı səviyyədə qalır. İyul ayında agentlikdə 653 min vakansiya qeydə alınıb.
Bununla yanaşı, təxminən 1 milyon 108 min nəfərin işsizlik müavinəti aldığı açıqlanıb. Vətəndaşlıq müavinəti ("Bürgergeld") alan işləyə bilən şəxslərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 121 min azalaraq 3 milyon 775 min nəfərə düşüb. Bildirilib ki, bu kateqoriyaya daxil olan şəxslərin hamısı işsiz deyil və onların bir qismi aşağı gəlirlərini sosial yardımla tamamlayır.
Peşə təhsili bazarında da azalma qeydə alınıb. Şagirdlik proqramları üçün iş və işçi axtarışı qurumlarına müraciət edənlərin sayı 418 minə çatıb. İşəgötürənlər tərəfindən təqdim olunan peşə təhsili yerlərinin sayı isə 437 min olub ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 35 min azdır.
Federal Məşğulluq Agentliyinin İdarə Heyətinin üzvü Daniel Tertsenbax işsizliyin mövsümi səbəblərlə artdığını, lakin əmək bazarındakı zəif vəziyyətin son aylarda da davam etdiyini bildirib.
Oxşar xəbərlər
Lənkəranda əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub
Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













