Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib
Far.Az xəbər saytı

Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib


Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 121,2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 13,2 milyon manat xalis zərərlə çıxmışdı.

Far.Az report-a iatinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd edilib ki, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 351,2 milyon manat (illik müqayisədə 61 % çox), xərcləri 141,5 milyon manat (5,4 % az), xüsusi ehtiyatlara ayırmaları 78,1 milyon manat (1,7 % çox), gözlənilməz xərcləri 0,1 milyon manat (əvvəlki ilin eyni dövründə gəlir olub), mənfəət vergisi ödəmələri isə 10,3 milyon manat (94,3 % çox) təşkil edib.

Bu il iyulun 1-nə BOKT-ların aktivləri 1 milyard 528,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 58,6 % çoxdur. Bunun 1 milyard 136,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 69,2 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 63,6 % artaraq 838,7 milyon manata, balans kapitalı isə 53 % artaraq 689,6 milyon manata çatıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yurdumuza bahar gəlir!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər