Xalq yazıçısı Anar: Elçin yaxşı dost və böyük şəxsiyyət idi
Far.Az xəbər saytı

Xalq yazıçısı Anar: Elçin yaxşı dost və böyük şəxsiyyət idi


Xalq yazıçısı Anar mərhum dostu Elçini hər gün, hər saat xatırladığını bildirib.

"Far.Az"un məlumatına görə, Anar Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarının ziyarəti zamanı çıxışında mərhumun vida mərasimində danışa bilmədiyini xatırladıb.

O qeyd edib ki, artıq indi danışa bilir:

"Elçinsiz bir il keçir, əziz dostumu hər gün, hər saat xatırlayıram. Çətin də olsa, danışmalıyam. Elçin çox böyük yazıçı, çox yaxşı dost və çox böyük şəxsiyyət idi. Onun kimi insanlar nə yaxşı ki olub, nə yaxşı ki yaşayıb. Mən əziz dostumun ruhuna ehtiramımı bildirir, Allahdan ona rəhmət diləyirəm".

Anar Xalq yazıçısı Elçinin əsərlərinin ədəbiyyat yaşadıqca yaşayacağını ifadə edib.

Qeyd edək ki, Xalq yazıçısı Elçinin vəfatının birinci ildönümü ilə bağlı I Fəxri Xiyabanda anım mərasimi keçirilir.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər