Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir
Far.Az xəbər saytı

Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir


Moldovada baş tutmuş prezident seçkilərinin ikinci turunda 51,12 faiz səslə Aleksandr Stoyanoqlo öndədir.

“Far.Az” xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 87 %-ini emal etdikdən sonra açıqlayıb.

Hazırkı dövlət başçısı Maya Sandu isə, ilkin nəticələrə görə, seçicilərin 48,88 faizinin etibarını qazanıb.

Moldova prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 21:30-a (Bakı vaxtı ilə 23:30) qədər seçici fəallığı 54,13 % təşkil edib.

Oktyabrın 20-də keçirilmiş birinci turda bu vaxta qədər 51,4 %, 2020-ci il prezident seçkilərinin ikinci turunda isə 52,8 % seçici səs vermişdi.

Qeyd edək ki, ikinci tura ilk turda 42,49 % səs toplayan hazırkı prezident Maya Sandu və 25,95 % seçicinin dəstəyini qazanan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo çıxıb. İkinci turun qalibi daha çox səs toplayan namizəd olacaq.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər