Lənkəranın kəndlərində Amerika ağ kəpənəyinə qarşı tədbirlər görülür
Far.Az xəbər saytı

Lənkəranın kəndlərində Amerika ağ kəpənəyinə qarşı tədbirlər görülür


Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərində Amerika ağ kəpənəyinə qarşı tədbirlər görülür.

"Far.Az" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə tədbirləri davam etdirir. ​Mütəxəssislərin apardığı davamlı müşahidələr nəticəsində zərərvericinin ocaqları müəyyən edilib və vaxtında müdaxilə təmin olunub. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır.

Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdəndir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacibdir. Bitki mühafizəsi istiqamətində başlanılan bu kimi profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirlərini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər