Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB
Moldovada baş tutmuş prezident seçkilərində hazırkı dövlət başçısı Maya Sandu səslərin sayına görə rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyur.
“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 92,47 faizinin emalından sonra məlum olub.
İlkin nəticələrə görə, Sandu seçicilərin 50,18 faizinin etibarını qazanıb. Stoyanoqloya isə seçicilərin 49,82 faizi səs verib.
Moldovada baş tutmuş prezident seçkilərinin ikinci turunda 51,12 faiz səslə Aleksandr Stoyanoqlo öndədir.
“Report” xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 87 %-ini emal etdikdən sonra açıqlayıb.
Hazırkı dövlət başçısı Maya Sandu isə, ilkin nəticələrə görə, seçicilərin 48,88 faizinin etibarını qazanıb.
Moldova prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 21:30-a (Bakı vaxtı ilə 23:30) qədər seçici fəallığı 54,13 % təşkil edib.
Oktyabrın 20-də keçirilmiş birinci turda bu vaxta qədər 51,4 %, 2020-ci il prezident seçkilərinin ikinci turunda isə 52,8 % seçici səs vermişdi.
Qeyd edək ki, ikinci tura ilk turda 42,49 % səs toplayan hazırkı prezident Maya Sandu və 25,95 % seçicinin dəstəyini qazanan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo çıxıb. İkinci turun qalibi daha çox səs toplayan namizəd olacaq.
Oxşar xəbərlər
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir
Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Moldovada prezident seçkiləri siyasi gərginliklə müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













