KOBİA: "Gəncə KOB evi"ndə sahibkarlara 2 000-dən çox xidmət göstərilib
Bu ilin mart ayında fəaliyyətə başlayan "Gəncə KOB evi"ndə iyulun 1-dək sahibkarlara 2 149 xidmət göstərilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, bu xidmətlərin 1 842-si G2B, 307-si isə B2B xidmətlər olub.
Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar - Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38%), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54 %), Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12 %), "Azərpoçt" MMC – 217 xidmət (10,09 %) və Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93 %) olub.
"Gəncə KOB evi"nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.
Qeyd edək ki, "Gəncə KOB evi" KOBİA-nın struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə "Gəncə KOB evi"ndə sahibkarlara 18 dövlət qurumu və özəl təşkilat tərəfindən 80-dən çox xidmət təqdim olunur. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı linkə keçid etməklə öyrənmək olar: https://smb.gov.az/az/nav/kob-evleri
Oxşar xəbərlər
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə qaydası AÇIQLANDI
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb













