Çingiz Mustafayev: "Dünya çempionatı qılıncoynadanlar üçün müsbət və mənfi məqamlarla yadda qaldı"
Honqonqda keçirilən qılıncoynatma üzrə dünya çempionatı Azərbaycan millisi üçün həm müsbət, həm də mənfi məqamlarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Çingiz Mustafayev deyib.
O, fərdi və komanda yarışlarında qeydə alınan nəticələri şərh edib:
"Qılıncoynatma üzrə dünya çempionatı bizim üçün müsbət və mənfi məqamlarla yadda qaldı. Yeniyetmə sablyaçı Abbas Hüseynovun kişilərin şəxsi yarışında əsas mərhələyə - ən güclü 64 idmançı sırasına yüksəlməsi sevindirici haldır. Eyni sözləri qadın sablyaçıların şəxsi yarışında ən güclü "64-lüy"ə düşən Zərifə Hüseynovaya da aid etmək olar".
Baş məşqçi Palina Kaspiaroviçin çıxışına toxunub:
"O, ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən qarşılaşmada olimpiya çempionu, bu dünya çempionatının finalçısı olan fransalı Sara Balzerə uduzdu. Görüş Palina üçün yaxşı başlamadı. Sonradan isə gedişatı xeyrinə dəyişə bilmədi. Rəqibin təcrübəsi buna imkan vermədi".
Ç.Mustafayev komanda yarışındakı mübarizəni dəyərləndirib:
"Qadın sablyaçıların komanda yarışına uğurlu start versək də, son dünya çempionu Macarıstana məğlub olduq. Görüşün gedişatında 20:17 hesabı ilə önə keçsək də, bəzi döyüşlərdə konsentrasiyanı itirdik və qarşılaşmanın sonluğu bizim üçün yaxşı alınmadı".
Mütəxəssis zədədən qayıdan Anna Baştanın durumuna da toxunub:
"Anna Baştanın uzunmüddətli zədədən sonra psixoloji cəhətdən daha da hazırlıqlı olacağına inanırıq. Ağır zədədən sonra idmançıda istər-istəməz qorxu qala bilər. Ümid edirik ki, o, bu psixoloji səddi geridə qoymağı bacaracaq".
O, kişi sablyaçılardan ibarət komandanın perspektivindən söz açıb:
"Kişi sablyaçılardan ibarət komandanın heyəti gəncdir, reytinqimiz yüksək deyil. Bu səbəbdən ilkin mərhələdə güclü rəqiblərlə üzləşirik. Düşünürəm ki, qarşıdakı illərdə daha yaxşı çıxış edəcəklər".
Qeyd edək ki, Azərbaycanın qadın sablyaçılardan ibarət yığması komanda yarışında 13-cü, kişilərdən ibarət kollektiv isə 30-cu olub.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazanıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib













