"Çelsi" İngiltərə millisinin futbolçusu Cordan Hendersonu transfer edib
İngiltərə millisinin futbolçusu Cordan Henderson karyerasını "Çelsi"də davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı yarımmüdafiəçi ilə iki mövsümlük müqavilə imzalanıb.
Henderson 2025-ci ilin yayından "Brentford"un formasını geyinirdi. Təcrübəli futbolçu karyerasının böyük hissəsini isə "Liverpul"da keçirib. O, Mersisayd təmsilçisi ilə İngiltərə çempionu olub, UEFA Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, UEFA Superkubokunu, İngiltərə Kubokunu, İngiltərə Superkubokunu və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, Cordan Henderson İngiltərə millisinin heyətində 91 oyunda meydana çıxıb və 3 qol vurub. O, yığma ilə 2021-ci il Avropa çempionatının gümüş, 2026-cı il dünya çempionatının isə bürünc mükafatçısı olub.
Oxşar xəbərlər
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
-
Füzulidə açıq ərazidə yanğın baş verib
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Sərxoş halda ölümcül qəza törədən sürücüyə 5 il həbs cəzası verildi













