Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Far.Az xəbər saytı

Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB


Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi Qara dənizdə dron hücumuna məruz qalan "NADEZHDA" adlı Ro-Ro gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvünün olduğunu və gəmidəki dənizçilərin Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyini açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Gəmiyə ziyan dəydiyi bildirilib:

"Gəmidəki dənizçilərin Rusiyaya məxsus dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyi məlum olub. İlkin məlumatlara görə, 3 heyət üzvünün vəziyyəti ağırdır. Gəmidə yanğın davam edir və bölgədə dron hücumu riskinin qalması səbəbindən xilasetmə əməliyyatı həyata keçirilə bilmir. Məsələ ilə bağlı proseslər izlənilir".

Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan "Ro-ro" gəmisi dron hücumuna məruz qalıb, 4 heyət üzvü yaralanıb.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, Qara dənizdə gəmiyə hücum yanğına səbəb olub.

"Hücumda üçü türk olmaqla, dörd heyət üzvü yaralanıb", - məlumatda bildirilib və əlavə edilib ki, gəmi Samsundan Rusiyanın Novorossiysk şəhərinə istiqamətlənirdi.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb.

"Bölgədə olan dronlar Rusiya donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Son iki saatda İrandan Azərbaycana 100-dən çox xarici ölkə vətəndaşı təxliyə edilib - YENİLƏNİB-4
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər