Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Far.Az xəbər saytı

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək


Bu gün Bakı, Göyçay, Mingəçevir və Tərtərin bəzi yerlərində işıq kəsiləcək.

"Report" "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, bununla bağlı Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova, Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Planlı fasilə saat 09:00-dan 12:00-dək Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Qaraməryəm, Şahsoltanlı, Yekəxana kəndlərini, saat 10:00-dan 15:00-dək şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Nizami küçələri, eləcə də rayonun Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal, Türkman kəndlərini əhatə edəcək.

Mingeçevir EŞ-nin ərazisində saat 09:00-dan 13:00-dək Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində enerjinin verilişində fasilə yaranacaq.

Tərtər EŞ-nin ərazisində saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı "Xoruzlu" hava xəttindən qidalanan yaşayış məntəqələri gərginliksiz qalacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azər Baxşəliyevin qızı Zuleyxa
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər