Azərbaycan ötən il neft və qaz tranzitindən əldə etdiyi gəlirləri açıqlayıb
2025-ci il ərzində neft və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) üzrə daxilolmaların büdcə proqnozu ilə faktiki icrası arasında kəskin kənarlaşma müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.
Sənədə əsasən, hesabat dövründə müvafiq istiqamət üzrə 25,4 milyon manat daxilolma proqnozlaşdırılsa da, il ərzində faktiki daxilolmalar cəmi 0,01 milyon manat təşkil edib və proqnoz tapşırığı cəmi 0,04 % icra olunub.
Bu gəlir maddəsi üzrə daxilolmaların azalmasına səbəb Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar Qara Dəniz vasitəsilə Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.
Hazırda Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə dünya bazarlarına nəql edilir. BTC hazırda əsasən "Azəri-Çıraq Günəşli" yatağından hasil edilən nefti və "Şahdəniz" yatağından hasil olunan kondensatı tədarük edir. Kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.
BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
Azərbaycan qazı isə Cənubi Qafqaz Boru kəməri (CQBK) vasitəsi ilə dünya bazarlarına çıxarılır. Kəmər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri də Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib













