Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib
Far.Az xəbər saytı

Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib


Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında Vaşinqtonla Tehran arasında gərginliyin azaldılması istiqamətindəki səylər müzakirə edilib.

"Far.Az"un xəbərinə görə, bu barədə Al Taninin dəftərxanası məlumat yayıb.

Tərəflər regiondakı son hadisələri, xüsusilə ABŞ və İran arasında deeskalasiya və onların mövqelərinin yaxınlaşdırılması istiqamətindəki addımları nəzərdən keçiriblər.

Bəyanata əsasən, Tramp Qətərin diplomatik səyləri dəstəkləməkdə və regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün tərəflər arasında dialoqa kömək etməkdəki rolunu yüksək qiymətləndirib.

Öz növbəsində, Qətər Əmiri dialoqun davam etdirilməsinin və tərəflərin ABŞ-İran qarşılıqlı anlaşma memorandumunun icrasına sadiqliyinin vacibliyini vurğulayıb. O həmçinin gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin dəstəklənməsinin zəruriliyini qeyd edib.

Bundan əlavə, tərəflər regional və beynəlxalq məsələlər üzrə növbəti koordinasiyanın vacibliyini təsdiqləyiblər.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər