Rahid Əmirquliyev "Səbail"də həm futbolçu, həm də klub prezidentinin müşaviri olacaq
Far.Az xəbər saytı

Rahid Əmirquliyev "Səbail"də həm futbolçu, həm də klub prezidentinin müşaviri olacaq


"Səbail"in yeni transferi Rahid Əmirquliyev komandada həm futbolçu, həm də klub prezidenti Mirzə Bayrampurun müşaviri kimi fəaliyyət göstərəcək.

Bunu "Far.Az"a açıqlamasında təcrübəli yarımmüdafiəçinin özü bildirib.

O, yeni keçidi barədə danışıb:

"Şahdağ Qusar" klubundan ayrıldıqdan sonra "Səbail"in prezidenti Mirzə Bayrampurdan təklif gəldi. Onunla "Şahdağ Qusar"da bərabər işləmişik. Bildirdi ki, təcrübəli futbolçu kimi "Səbail"ə kömək edim, həm də rəhbərlikdə təmsil olunum. Həm futbolçu kimi meydana çıxacağam, həm də klub prezidentinin müşaviri vəzifəsini icra edəcəyəm. Meydana çıxdığım vaxtlarda kapitanlıq sarğısı məndə olacaq. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, "Səbail"ə köməyim dəysin, futboçlulara dəstək göstərim. Hədəfimiz I Liqanı çempion kimi başa vurmaqdır".

R.Əmirquliyev "Şahdağ Qusar"ın rəhbəri postundan ayrılmasının səbəblərindən danışıb:

"Ötən ilin noyabr-dekabr aylarında "Şahdağ Qusar"a yeni sponsor gəldi və rəhbər vəzifəni mənə həvalə etdilər. Bildirdilər ki, kluba nəzarət edim, növbəti mövsümdən hədəflərimiz daha yüksək olacaq. Yanvardan sonra da ən yaxşı nəticəni göstərən biz idik. Yeni mövsüm öncəsi də danışıqlar apardıq. Gördük ki, planlarımız qəti şəkildə üst-üstə düşmür. Baş məşqçini işindən uzaqlaşdırdılar və başqa bir neçə məqam oldu. Gördüm ki, oradan ayrılmalıyam".

Qeyd edək ki, "Səbail" Rahid Əmirquliyevlə "1+1" illik müqavilə imzalayıb. 36 yaşlı yarımmüdafiəçi 2018–2023-cü illərdə "Səbail"in şərəfini qoruyub.

O, Azərbaycan çempionatları tarixində rekord sayda - 451 oyun keçirib. "Səbail"in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb. R.Əmirquliyev klubun tarixində Azərbaycan Premyer Liqasında 100 oyun keçirən ilk futbolçu kimi tarixə düşüb.

Oxşar xəbərlər

Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər