"Yay Fest 2026" çərçivəsində Şuşa fləşmobu keçirilib
Azərbaycan Gənclər Fondunun dəstəyi keçirilən Yay Fest 2026-nın "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi çərçivəsində "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Şuşaya həsr olunmuş fləşmob keçirilib.
"Report" xəbər verir ki, fləşmobun keçirilməsində əsas məqsəd keçmişin zəngin irsini gələcəyə daşımaq, gənclərdə tarixi və mədəni irsə bağlılıq hissini gücləndirmək, milli kimlik şüurunu təşviq etmək, həmçinin keçmişdən gələcəyə uzanan inkişaf baxışını formalaşdırmaq olub.
Düşərgə iştirakçılarının fəal iştirakı ilə ərsəyə gələn fləşmob birlik, həmrəylik və ortaq dəyərlərin təcəssümü kimi diqqət çəkib. Hazırlanan kompozisiya Şuşanın Azərbaycanın tarixi yaddaşındakı və mədəni irsindəki müstəsna yerini, eyni zamanda gələcəyə inam və inkişaf ideyasını simvolik şəkildə ifadə edib.
Qeyd edək ki, Yay Fest 2026-nın "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi gənclərin şəhərsalma, memarlıq, innovasiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər
-
Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib













