MN-in "İstirahət ev"nin sabiq rəisi barəsində məhkəmə qərarı dəyişib
Müdafiə Nazirliyinin "İstirahət ev"nin rüşvət almaqda ittiham edilən sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə qərar dəyişdirilib.
Far.Az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun məhkəmə qərarından verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin olunub.
Məhkəmənin qərarı ilə onunla bağlı cərimə cəzası ləğv olunub, barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunub, iki il sınaq müddəti təyin olunmaqla, cəzası şərti sayılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası tətbiq olunub. Həbsdə olan təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır













