Sabahdan Bakıda bu yollar bağlanır - Təmir işlərinə başlanılır
Far.Az xəbər saytı

Sabahdan Bakıda bu yollar bağlanır - Təmir işlərinə başlanılır


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın daha üç yol sahəsində təmir işlərinə başlanılacağını açıqlayıb.

Far.Az xəbər verir ki, aparılacaq işlərlə əlaqədar Suraxanı rayonunda yerləşən 14 İyul küçəsində, Yasamal rayonunda Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsində, həmçinin Səbail rayonunda Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.

Məlumata görə, qeyd olunan küçələrdə hərəkət 6 avqust saat 08:00-dan 7 avqust saat 22:00-dək qismən, 7 avqust saat 23:00-dan 10 avqust saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.

AAYDA sürücülərə təmir müddətində alternativ marşrutlardan istifadə etməyi, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi və yaranacaq məhdudiyyətlərə anlayışla yanaşmağı tövsiyə edib.

Sabahdan Bakıda bu yollar bağlanır - Təmir işlərinə başlanılır

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər