"Dinamo"nun baş məşqçisi: "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir"
"Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir.
"Far.Az" xəbər verir ki, bunu "Dinamo"nun (Kiyev, Ukrayna) baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu vurğulayıb və komandasının qarşılaşmaya ciddi hazırlaşdığını söyləyib:
"PAOK-la oyundan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır. Komandamızın oyundan-oyuna inkişaf edəcəyinə inanıram. "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq, rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
Göygöldə sakinlər avtobus problemindən beziblər: "Hər gün taksiyə pul veririk"
-
Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib













