Kaxaber Sxadadze: "Qəbələ" hazırda yeni mövsümə heç 70 faiz hazır deyil"
"Qəbələ" klubu Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə 70 faiz hazır deyil.
"Report" xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Kaxaber Sxadadze klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis yoxlama oyununda "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib:
"Hazırda yeni mövsümə heç 70 faiz də hazır ola bilmərik. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Düşünürəm ki, formaya düşəcəyik. Bu gün də birinci hissə ilə ikinci arasında böyük fərq gördük. Hələ ki, transfer işlərini başa vurmamışıq. Bir çox komandalarda da vəziyyət eynidir".
K.Sxadadze yeni transferlərin əksəriyyətinin komandaya gec qoşulduqlarını söyləyib:
"Bir çox futbolçular komandaya gec qoşuldular. Yeni transferlərdən yalnız Mabea və Monzanqo hazırlığa başlayanda gəldi. Digər yeni futbolçularımız bizə gec qoşuldular. Ən vacibi heyəti tam komplektləşdirməliyik.
Komanda üç günlük istirahətə buraxılacaq, daha sonra isə "Turan Tovuz"la oyunun hazırlığına başlayacağıq. "Turan Tovuz" çox güclü, möhkəm komandadır. Lakin çalışacağıq ki, uğurlu nəticə əldə edək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Sərxoş halda ölümcül qəza törədən sürücüyə 5 il həbs cəzası verildi
-
Sabaha 39° isti gözlənilir
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb













