"Fars": İran Hörmüz boğazının açılmasına görə yeni tələblər irəli sürəcək
Far.Az xəbər saytı

"Fars": İran Hörmüz boğazının açılmasına görə yeni tələblər irəli sürəcək


Ağ Ev Tehrana qarşı sanksiyaları dayandıracağı təqdirdə, İran Hörmüz boğazının açılmasına razılıq verə bilər.

"Far.Az" xəbər verir ki, bunu danışıqlar qrupuna yaxın mənbə "Fars" agentliyinə açıqlayıb.

"Mediadakı bəzi spekulyasiyalara və təbliğata zidd olaraq, ABŞ Maliyyə Nazirliyi tərəfindən az sayda sanksiyanın ləğvi İraq hökumətinin Vaşinqtonla qarşılıqlı əlaqəsi ilə bağlıdır və bunun İranla razılaşmaya heç bir aidiyyəti yoxdur", - mənbədən sitat gətirilib.

Yazıda ABŞ-nin İslamabad Anlaşma Memorandumunu pozduğu xatırladılıb və bunun Hörmüz boğazında müəyyən edilmiş gəmiçilik qaydasına zidd olduğu qabardılıb: "Hərbi əməliyyatlar və dəniz blokadası ilə yanaşı, neft və neft məhsullarının ixracı üçün icazələrin ləğvi dondurulmuş İran vəsaitlərinə çıxışa mane olub və normal vəziyyətin bərpası yalnız Hörmüz boğazında İranın tədbirlər görməsi və ABŞ-nin öz öhdəliklərini real şəkildə yerinə yetirməsi şərti ilə mümkündür".

Mənbə fikrini belə yekunlaşdırıb ki, İranla Oman arasında yekun razılaşmanın bağlanacağı halda, Hörmüz boğazının açılması ABŞ-nin öz öhdəliklərini yerinə yetirməsini də əhatə edən ayrıca tədbirlər tələb edəcək.

Xatırladaq ki, İran və Oman Hörmüz boğazındakı gəmiçilik marşrutunun coğrafi xüsusiyyətlərinə dair razılığa gəlib.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Şahzadə Diananın kral protokolunu pozduğu 13 MƏQAM
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
KOBİA və Türk Ticarət Mərkəzi əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər