XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər
Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) elektron viza sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib.
“Far.Az” bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək”, - məlumatda bildirilib.
"COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.
Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə ilk vizanın alındığı UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.
"COP29 Xüsusi Viza"sı rəsmi vasitəsilə onlayn müraciətdən və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciətdən sonra üç iş günü ərzində veriləcək", - XİN-dən bildirilib.
COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib













