Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Leypsiq/Halle hava limanında baş verən pilotsuz uçuş aparatı (PUA) insidentini "hibrid hücum ssenarisi" adlandırıb.
"Report" xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri bu barədə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, ötən gecə hava limanı ərazisində partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Nazir hesab edir ki, bu, "təhdidin prinsipcə yeni səviyyəyə çatdığını" göstərir. PUA aşkar edildikdən sonra polis bölmələri və federal polisin partlayıcı maddələr üzrə mütəxəssisləri hazırlıq vəziyyətinə gətirilib və onlar partlayıcı qurğunu zərərsizləşdiriblər.
"Almaniya təhlükəsizlik tədbirlərini, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin inkişafını gücləndirməkdə davam edəcək. Bu cür hibrid hücumların təkrarlanması mümkündür".
Nazir həmçinin qeyd edib ki, hücum edən şəxslərin fəaliyyəti onların yüksək hazırlıq səviyyəsinə malik olduğunu göstərir. Hadisənin detalları, pilotsuz aparatın mənşəyi və mümkün təşkilatçıları aparılan istintaq çərçivəsində araşdırılır.
Oxşar xəbərlər
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
-
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
-
Valdas Dambrauskas: "Orhus"a qarşı görüşdə bərabərliyə layiq idik"
-
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
-
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
-
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb













