Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib, 20 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib, 20 nəfər xəsarət alıb


Rusiya avqustun 6-na keçən gecə Ukraynanın Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə azı 20 nəfər xəsarət alıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

Zaporojyedə Rusiya pilotsuz uçuş aparatı (PUA) vasitəsilə yaşayış binasına zərbə endirib. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, iki nəfər xəsarət alıb.

Bildirilib ki, Rusiya qoşunları Sumının şimal və mərkəzi hissələrinə 8 idarə olunan aviabomba atıb.

Sumı şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeyenkonun sözlərinə görə, 12 nəfər yaralanıb. Aviabombalardan biri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Zərbələr nəticəsində ticarət mərkəzi, beş mağaza, üç fərdi ev və beş avtomobil zədələnib.

Bundan başqa, Xerson vilayətinin Kamışanı qəsəbəsində Rusiya PUA vasitəsilə avtobusa zərbə endirib. Vilayət prokurorluğunun məlumatına görə, altı nəfər yaralanıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər