Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB
Far.Az xəbər saytı

Suriyada mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, yaralılar var - YENİLƏNİB


Suriyanın paytaxtı Dəməşq ətrafındakı Cəmaran rayonunda mikroavtobusun partladılması nəticəsində iki nəfər ölüb, daha13 nəfər yaralanıb.

"Report"un "Al-Ikhbaria" telekanalına istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Təcili Yardım Xidmətləri İdarəsi məlumat yayıb.

"Cəmarandakı partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb, daha 13 nəfər yaralanıb", - məlumatda deyilir.

Daha əvvəl yeddi nəfərin yaralandığı bildirilib, lakin ölənlərin sayı dəqiqləşdirilməyib.

İlkin məlumata görə, mikroavtobusda partlayıcı qurğu işə salınıb. Hadisənin səbəbləri araşdırılır.

Suriyanın paytaxtı Dəməşq ətrafındakı rayonda mikroavtobusda baş verən partlayış nəticəsində azı yeddi nəfər yaralanıb; ölənlərin sayı hələlik müəyyən edilməyib.

"Report"un məlumatına görə, bu barədə Suriyanın Səhiyyə Nazirliyi " Al-Ikhbaria" telekanalına bildirib.

Nazirliyin məlumatına görə, hadisə Cəmaran rayonunda baş verib. Hazırda ölənlərin qalıqlarının məhkəmə-tibbi ekspertizası aparılır, lakin ölənlərin dəqiq sayı hələ məlum deyil.

Suriya həkimləri xəstəxanaların və təcili yardım şöbələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildiriblər.

İlkin məlumata görə, mikroavtobusda partlayıcı qurğu işə salınıb. Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər