Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş olub
Far.Az xəbər saytı

Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş olub


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Andrey Sibiqa ilə geniş tərkibdə görüşü keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Prezident Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işləri nəzərdən keçiriblər.

Görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığı, ticarət, energetika, investisiyalar, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər yüksək səviyyəli təmasların müntəzəm davam etdirilməsinin, həmçinin siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi ikitərəfli mexanizmlərin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Nazirlər Ukraynada davam edən müharibə fonunda regiondakı son inkişaflar və beynəlxalq gündəmdəki aktual çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha diqqətə çatdırıb. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.

Ukraynanın xarici işlər naziri Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.

Nazirlər, həmçinin Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarını aşan humanitar yardımı, İrpen şəhərində həyata keçirilən bərpa layihələri və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını yüksək qiymətləndiriblər.

C.Bayramov görüş zamanı Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə ukraynalı həmkarına ətraflı məlumat verib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər