BTC-nin əməliyyat xərcləri 25 %, əsaslı xərcləri isə 90 % artıb
Far.Az xəbər saytı

BTC-nin əməliyyat xərcləri 25 %, əsaslı xərcləri isə 90 % artıb


Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinin həcmi 75 milyon ABŞ dolları təşkil edib, əsaslı xərclər üçün isə təxminən 57 milyon ABŞ dolları sərf olunub.

"Far.Az" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından 2026-ci ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabatında qeyd edilib.

BTC-nin əməliyyat xərcləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 milyon ABŞ dolları və ya 25 % artıb.

Boru kəmərinin əsaslı xərcləri isə il ərzində 27 milyon ABŞ dolları və ya 90 % artıb.

Uzunluğu 1 768 km olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istifadəyə verildikdən 2026-cı ilin iyun ayının sonunadək bu kəmər vasitəsilə cəmi 631 milyon ton (4,7 milyard barel) xam neft daşınıb və Ceyhan limanında 6 276 tankerə yüklənərək beynəlxalq bazarlara çatdırılıb.

Bu ilin ilk yarım ilində BTC vasitəsilə ixrac edilmiş təqribən 13 milyon ton (97 milyon barel) xam neft və kondensat Ceyhan terminalından 131 tankerə doldurularaq göndərilib. 2025-ci ilin yanvar-iyun aylarında BTC ilə ixrac olunan təqribən 13 milyon ton (106 milyon barel) xam neft və kondensat isə 145 tankerə yüklənərək yola salınıb.

Hazırda BTC boru kəməri əsas etibarilə Azərbaycandan AÇG neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan başqa, BTC vasitəsilə Xəzər regionunun digər xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan mənşəli, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) AÇG-dən kənar hasilat həcmləri) də nəql edilir.

Qeyd edək ki, bu ilin iyulun 1-dən etibarən BTC boru kəmərinin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemlərinə aid ümumi əməliyyat fəaliyyətlərinin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-ın törəmə strukturu olan "SOCAR Midstream Operations" MMC-yə ötürülüb.

BTC Ko.-nun səhmdarları BP (30,1 %); SOCAR (32,97 %); MOL (8,9 %), TPAO (6,53 %); "Eni" (5 %); "TotalEnergies" (5 %), "İtochu" (3,4 %); "İnpex" (2,5 %), "ExxonMobil" (2,5 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.

Oxşar xəbərlər

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər