IATA Orta Dəhlizdə Azərbaycanın potensialının tam şəkildə üzə çıxarılması üçün şərtləri açıqlayıb
Azərbaycanın Orta Dəhlizin əsas birləşdirici qovşaq kimi mövqeyini gücləndirmək üçün əhəmiyyətli potensialı var, lakin bu potensialı tam şəkildə üzə çıxarmaq üçün qiymət rəqabətliliyi, logistikanın rəqəmsallaşdırılması və tənzimləyici çərçivənin sadələşdirilməsi zəruridir.
Bunu "Far.Az"a müsahibəsində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
R.Şvartsman qeyd edib ki, Azərbaycan xüsusilə də qlobal tədarük zəncirlərinin Avropanı Asiya ilə birləşdirən daha etibarlı və şaxələndirilmiş marşrutlar axtarışı fonunda Orta Dəhlizin formalaşmasında getdikcə daha mühüm yer tutur.
Onun sözlərinə görə, ölkənin əlverişli coğrafi mövqeyi infrastruktur və logistika bazasına qoyulan irimiqyaslı investisiyalarla birlikdə onu hava yolu ilə həm yük, həm də sərnişin daşımaları üçün təbii birləşdirici qovşağa çevirir.
"Logistika obyektlərinin, o cümlədən Ələt Azad İqtisadi Zonasının və yük daşımaları üçün ixtisaslaşdırılmış yeni aeroportun yaradılması ölkənin strateji planlarının bariz sübutudur. Öz növbəsində, Heydər Əliyev Beynəlxalq Hava Limanı mövcud güclərdən daha səmərəli istifadə və yeni aviadaşıyıcıların cəlb edilməsi hesabına fəaliyyətin genişləndirilməsi üçün böyük ehtiyata malikdir", - vitse-prezident vurğulayıb.
O qeyd edib ki, giriş maneələrini azaltmaq və yeni bazar iştirakçılarını cəlb etmək məqsədilə gömrük prosedurlarının və müşayiətedici sənədlərin optimallaşdırılmasını nəzərdə tutan tənzimləyici bazanın sadələşdirilməsi və liberallaşdırılması da əsas vəzifə olaraq qalır. Rəqəmsallaşdırma və informasiya mübadiləsi də eyni dərəcədə vacib rol oynayır: IATA-nın "ONE Record" təşəbbüsü kimi qabaqcıl standartların tətbiqi logistika zəncirinin bütün mərhələlərində yüklərin çatdırılmasında operativliyini və izlənilmə mümkünlüyünüл əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
"Bununla yanaşı, Orta Dəhlizin imkanlarından istifadə etmək üçün həlledici əhəmiyyətə malik olan hava, dəmir yolu, avtomobil və dəniz nəqliyyatının hərtərəfli multimodal inteqrasiyası tələb olunur, çünki müxtəlif nəqliyyat növlərinin əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti çatdırılma müddətini azaltmağa və daşımaların proqnozlaşdırıla bilənliyini artırmağa imkan verəcək. IATA-nın Yerüstü xidmətin təhlükəsizliyi üzrə auditi (ISAGO) kimi sahəvi proqramlar vasitəsilə əməliyyat səmərəliliyinin və keyfiyyət standartlarının yüksək səviyyədə saxlanılması isə ümumi təhlükəsizliyin, etibarlılığın və beynəlxalq logistika tərəfdaşlarının etimadının möhkəmlənməsinə töhfə verəcək", - IATA nümayəndəsi əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə baş verən yol qəzasında iki nəfər ölüb
-
Tramp ABŞ qoşunlarının regiondan çıxarılması xəbərlərini şərh etməkdən yayınıb
-
Britaniya 2027-ci il seçkilərindən sonra Fransanın siyasi kursunun dəyişməsindən ehtiyat edir
-
Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
-
Anomal istilərə görə Almaniyada suya sərt qənaət tədbirləri görülür
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib













