Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb
Far.Az xəbər saytı

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb


Azərbaycan Voleybol Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə ölkə çempionatı keçirilir.

"Far.Az" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal görüşləri, həmçinin kişilər arasında üçüncü yer uğrunda oyun keçirilib.

Kişilərin yarışında "Sağlam Həyat-2" komandasını 2:0 hesabı ilə məğlub edən FHN-1 kollektivi ölkə çempionatının bürünc medalına sahib çıxıb.

Sabah baş tutacaq qadınlar arasında üçüncü yer uğrunda oyunda isə "Milli Aviasiya Akademiyası-1" və "Milli-1" komandaları üz-üzə gələcəklər.

Avqustun 8-də keçiriləcək qadınların finalında "Azərreyl Salam" komandası "Azərreyl Salam Sharing"lə, kişilərin finalında isə FHN-2 komandası "Djevo" ilə qarşılaşacaq.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olacaq.

Qeyd edək ki, ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər