İstilik mövsümünə hazırlıqla bağlı vətəndaşlara müraciət edilib
Far.Az xəbər saytı

İstilik mövsümünə hazırlıqla bağlı vətəndaşlara müraciət edilib


"Azəristiliktəchizat" ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar sakinlərə müraciət edib.

BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 2026–2027-ci il istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirilir.

Qurum bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edir.

Müraciətdə deyilir ki, vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
"Azəristiliktəchizat" vətəndaşlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər