Elmar Baxşıyev: "Dinamo" əvvəlki illərlə müqayisədə zəifləyib, "Qarabağ" mərhələni keçə bilər"
Far.Az xəbər saytı

Elmar Baxşıyev: "Dinamo" əvvəlki illərlə müqayisədə zəifləyib, "Qarabağ" mərhələni keçə bilər"


"Qarabağ"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın "Dinamo" (Kiyev) komandasını məğlub edərək pley-offa yüksəlmək şansı var.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu, "Qəbələ" və "Araz-Naxçıvan" klublarının sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

O, ötən gün Polşada "Dinamo"ya uduzan "Qarabağ"ın cavab matçında daha yaxşı çıxış edə biləcəyinə inandığını bildirib:

"İlk matç olduğu üçün hər iki tərəf ehtiyatlı oyuna üstünlük verirdi. Matçda dinamikanın o qədər də yüksək olmadığını hiss edə bilirdik. Komandalar daha çox taktiki plan üzrə oynamağa çalışırdılar. Fərdi səhvlər ucbatından "Dinamo" qol vurmağı bacardı. Lakin bildirməliyəm ki, "Qarabağ"ın pley-offa yüksəlmək üçün şansı var. Çünki cavab qarşılaşması Bakıda olacaq. Bu isə komandamız üçün müəyyən üstünlük deməkdir".

O, "Dinamo"nun əvvəlki illərlə müqayisədə həm oyun, həm də komanda baxımından dəyişdiyini söyləyib:

"Dünənki matçda da gördük ki, "Dinamo" əvvəlki "Dinamo" deyil. Heyətdə daha çox yerli və gənc oyunçulara üstünlük veriblər. Bu səbəbdən "Qarabağ"ın cavab matçında daha üstün çıxış edərək mərhələni keçə biləcəyinə inanıram".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər