Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən Nadir Mudadov 1 il 6 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün 6 ay çəkilməmiş cəza müddəti qalıb.
Qeyd edək ki, ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Həmin əməliyyatla bir neçə vəzifəli şəxs, o cümlədən 10 ildir birinci müavin işləyən Nadir Muradov həbs edilib. Həmin hadisədən qısa müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər













