Ərdoğan: Məkkə Sazişi heç bir dövlətə qarşı yönəlməyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Sazişi hər hansı bir ölkəyə qarşı yaradılmış hərbi ittifaq deyil.
Far.Az xəbər verir ki, onun sözlərinə görə, sazişin əsas məqsədi regional təhlükəsizliyin gücləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi üzrə birgə layihələrin həyata keçirilməsi və terrorizmlə mübarizənin daha səmərəli təşkil edilməsidir.
Ərdoğan qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan özünümüdafiə hüququna əsaslanan bu razılaşma bölgədə sülh, sabitlik və rifahın möhkəmləndirilməsinə xidmət edir. O vurğulayıb ki, saziş dinc əməkdaşlıq prinsiplərini dəstəkləyən və regional sabitliyə töhfə vermək istəyən bütün dost və qardaş ölkələrin qoşulmasına açıqdır.
Türkiyə lideri əlavə edib ki, Ankara beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, regional problemlərin dialoq və diplomatik yollarla həllini bundan sonra da prioritet hesab edəcək.
Xatırladaq ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıblar. Sənədə əsasən, ittifaq üzvlərindən birinə qarşı həyata keçirilən hücum bütün iştirakçılara qarşı edilmiş hücum kimi qiymətləndiriləcək və kollektiv müdafiə mexanizmi işə düşəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













