Yaponiyada "Delfin" tayfunu 56 minə yaxın abonenti işıqsız qoyub
Far.Az xəbər saytı

Yaponiyada "Delfin" tayfunu 56 minə yaxın abonenti işıqsız qoyub


Yaponiyanın Amami adalarında və Okinava prefekturasında güclü "Delfin" tayfunu səbəbindən 56 minə yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb.

"Far.Az"un məlumatına görə, bu barədə Yaponiyanın milli ictimai televiziyası məlumat yayıb.

Tayfunun okean üzərində olduğu ərazidə küləyin sürəti 60 m/s-ə, Okinavanın inzibati mərkəzi Naha şəhərində isə 30 m/s-ə çatır. "Delfin" tayfunu güclü leysan yağışları ilə də müşayiət olunur. Sinoptiklərin qiymətləndirməsinə görə, avqustun 9-u səhər saatlarına qədər Okinavada 180 millimetrədək yağıntı düşə bilər.

Hazırda tayfun saatda təxminən 15 kilometr sürətlə Çinin sahilləri istiqamətində hərəkət edir.

Oxşar xəbərlər

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5
Son iki saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər