Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib
Far.Az xəbər saytı

Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib


Slovakiyanın qərbindəki Senitsa şəhəri yaxınlığında yerləşən Zaqorye hərbi poliqonunun ərazisində yanğın baş verib.

"Far.Az" Slovakiyanın "Pravda" portalına istinadən xəbər verir ki, yanğın "Sahara Slovakia 2026" hərbi tədbiri başa çatdıqdan sonra baş verib.

Qeyd olunub ki, yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən və 20-dən çox xüsusi texnika, o cümlədən helikopterlər cəlb edilib. Slovakiya Müdafiə Nazirliyi də yanğınsöndürənlərə kömək üçün hərbi qulluqçular və əlavə "Black Hawk" helikopterləri göndərib.

Xilasedicilərin əsas vəzifəsi alovun yayılmasının qarşısını almaq olub. Yanğının səbəbləri hələlik məlum deyil.

Slovakiya KİV-lərinin məlumatına görə, səbəb anomal isti hava və uzun müddət yağıntıların olmaması fonunda bitki örtüyünün öz-özünə alışması ola bilər.

Daha sonra Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Mixal Baxratı yanğının nəzarət altına alındığını bildirib. Yanğınsöndürənlər üç yanğın ocağını lokallaşdırıblar.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Lökbatandakı güclü yanğının söndürülməsinə helikopterlər cəlb olunub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər