Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək
Amerika tərəfindən Naqasakiyə atom bombası atılmasının 81-ci ildönümü münasibətilə anım mərasimi avqustun 9-da şəhər Sülh Parkında keçiriləcək.
"Far.Az" xəbər verir ki, yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 06:02-də) – 1945-ci ildə atom bombasının partladığı anda – Yaponiyada bir dəqiqəlik sükut elan ediləcək.
Daha sonra Naqasaki meri Şiro Suzuki Sülh Bəyannaməsini oxuyacaq. Mərasim iştirakçıları qarşısında Yaponiyanın Baş naziri Sanae Takaiçi də çıxış edəcək.
Tədbirlərdə 100-ə yaxın ölkə və regionun nümayəndələri iştirak edəcək. Xarici qonaqların bir çoxu artıq atom partlayışının episentrində yerləşən abidənin önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, Naqasaki 1945-ci ilin avqustunda Xirosimadan sonra Amerikanın nüvə zərbəsinə məruz qalan Yaponiyanın ikinci şəhəri olub. "B-29" bombardmançısının ilkin hədəfi Kokura şəhəri idi, lakin qatı bulud səbəbindən təyyarə Naqasakiyə doğru istiqamət alıb.
Xirosima və Naqasakinin atom bombardmanları tarixdə nüvə silahının döyüş məqsədilə tətbiq edildiyi yeganə hallar olub. ABŞ bəyan edirdi ki, zərbələr Yaponiyanın təslim olmasını sürətləndirmək və ehtimal edilən quru müdaxiləsi zamanı irimiqyaslı itkilərin qarşısını almaq üçün endirilib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
Kolumbiya "Amerika qalxanı" alyansına qoşulacaq
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?













