"Fitch" Azərbaycanda bank sektorunun vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir
Far.Az xəbər saytı

"Fitch" Azərbaycanda bank sektorunun vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bankları üçün əməliyyat mühiti qiymətləndirməsini "bb-"/"stabil" səviyyəsindən "bb"/"stabil" səviyyəsinə yüksəldib.

"Report"un xəbərinə görə, agentlik bunu tənzimləyici nəzarətin sərtləşdirilməsi və risk əsaslı nəzarət sisteminin tətbiqində əldə olunan irəliləyişlə əlaqələndirib. "Fitch" hesab edir ki, bu dəyişikliklər bank sektorunun iqtisadi dəyişikliklərdən irəli gələn təzyiqlərə qarşı dayanıqlığını gücləndirməlidir.

Qiymətləndirmədə Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb. Bunun nəticəsində bank sektorunun əməliyyat mühiti göstəricisi ilə Azərbaycanın "BBB-"/"stabil" suveren reytinqi arasındakı fərq azalıb.

"Fitch" Azərbaycan iqtisadiyyatında dövri olaraq baş verən dəyişikliklərə baxmayaraq, bank sektorunun maliyyə vəziyyətinin 2026-2027-ci illərdə sağlam qalacağını gözləyir.

Oxşar xəbərlər

Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər