Giorgi Tumasyan: Vaşinqton razılaşmaları Cənubi Qafqazda sülhün möhkəmlənməsinə tarixi töhfə verib
Far.Az xəbər saytı

Giorgi Tumasyan: Vaşinqton razılaşmaları Cənubi Qafqazda sülhün möhkəmlənməsinə tarixi töhfə verib


Ötən il əldə olunan Vaşinqton razılaşmaları Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın möhkəmlənməsində tarixi rol oynayıb.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında bu ölkədəki Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan deyib.

"Əslində, Vaşinqton razılaşmaları bütün region üçün tarixi hadisədir. Burada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Bu razılaşmalar regiona sülh gətirdi və biz artıq bunun ilk nəticələrini - iqtisadi əməkdaşlığın genişlənməsini, qarşılıqlı əlaqələrin inkişafını görməyə başlamışıq", - o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə Ermənistanda keçirilmiş son parlament seçkilərindən başlayan yeni mərhələ, o cümlədən birgə iqtisadi layihələrin həyata keçirilməsi və ticarət əlaqələrinin genişlənməsi xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edir:

"Bu gün dünyada cərəyan edən müxtəlif münaqişələr və gərginliklər fonunda Cənubi Qafqaz ölkələrimizin və liderlərimizin səyləri nəticəsində inkişaf edən bölgəyə çevrilib. Tranzit imkanları genişlənir, investisiyalar artır. Bu, həqiqətən, tarixi nailiyyətdir".

G. Tumasyan bildirib ki, hazırkı proseslər hələ başlanğıcdır və sülh sazişinin imzalanması, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması daha da sürətlənəcək:

"Sərhədlərin açılması xalqlar arasında qarşılıqlı əlaqələri xeyli gücləndirəcək. Hamımızın yaşadığı ağır və travmatik dövrü yalnız birgə səylərlə geridə qoya bilərik".

O, Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına ciddi töhfə verdiyini də vurğulayıb:

"Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin inkişafına verdiyi dəstək də çox müsbət qiymətləndirilməlidir. Vüsət alan bu proses bütövlükdə regionun transformasiyasına və xalqlar arasında münasibətlərin yaxşılaşmasına xidmət edir".

Ekspert qarşıdakı dövrün Cənubi Qafqazda davamlı sülhün təmini baxımından həlledici olacağına inandığını bildirib:

"Əsas məqsəd sülhün yalnız siyasi sənədlərdə deyil, həm də insanların şüurunda və gündəlik həyatında da möhkəmlənməsidir. Sülh artıq ondan geri dönüşün mümkün olmadığı sabit yola çevrilməlidir".

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər