Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
Çin güclü "Dolfin" qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşması ilə əlaqədar meteoroloji təhlükənin ən yüksək, qırmızı səviyyəsini elan edib.
"Report" "China Daily"yə istinadən xəbər verir ki, bazar günü axşam və ya bazar ertəsi gecəsi "Dolfin"in Çjezyan əyalətindəki Çouşan şəhəri ilə Fuszyan əyalətindəki Fudin şəhəri arasındakı sahilə çıxacağı proqnozlaşdırılır.
Qasırğa quruya çıxdıqda küləyin sürəti 38-45 m/s-ə çata bilər, bundan sonra tayfun ölkənin daxilinə irəlilədikcə zəifləməyə başlayacaq.
Bazar günündən çərşənbə axşamına qədər Şərqi Çin dənizində, Tayvanın şərqindəki Dyaoyudao adaları bölgəsində və Hançjou körfəzi bölgəsində, Çjezyan sahillərində və Yanzı çayının mənbəyində güclü küləklər proqnozlaşdırılır.
Bazar günündən çərşənbə gününə qədər Fuçzyan, Çjezyan, Şanxay, Szyansi, Szyansu, Anhoy, Hubey, Henan, Şandun, Hebey, Pekin və Tyanszin bölgələrinə güclü yağışlar yağacaq. Meteoroloqların fikrincə, "Dolfin" qeyri-adi uzun dövrü ilə fərqlənir. Onun mövcudluğunun 15 gündən çox - tayfunun orta ömrünün üç qatından çox olacağı gözlənilir.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Məktəbin ilk günündən FOTOLAR
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?
-
Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb













