İndoneziyada yanğın səbəbindən milli park bağlanıb
Far.Az xəbər saytı

İndoneziyada yanğın səbəbindən milli park bağlanıb


İndoneziya Şərqi Yavada yerləşən Bromo dağı milli parkını davam edən meşə yanğını səbəbindən bütün növ turizm fəaliyyətləri üçün bağlayıb.

"Report" xəbər verir ki, bu barədə park administrasiyasının rəsmi "Instagram" səhifəsində müvafiq paylaşım edilib.

Məlumata görə, yanğının sahəsi təxminən 176 hektara çatıb. Yanğın bazar ertəsi başlayıb və fəaliyyətdə olan Bromo vulkanının ərazisində yayılıb. Hələ cümə axşamı yanğının sahəsi təxminən 60 hektar təşkil edirdi.

Rəsmilər bildiriblər ki, bağlanma turistlərin, park əməkdaşlarının və yaxınlıqdakı ərazilərin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün zəruridir. Artıq bilet almış ziyarətçilər səfərlərini başqa tarixə keçirə və ya vəsaitlərini geri ala biləcəklər.

Qeyd olunub ki, yanğını söndürmək üçün helikopter və dronlardan istifadə etmək planlaşdırılır.

Yanğının səbəbi hələ müəyyən edilməyib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb

Oxşar xəbərlər

Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Rəsmilər Şəhidlər xiyabanında
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər