İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
İran Hürmüz boğazının yenidən açılması üçün ABŞ-nin siyasətini dəyişməli olduğunu açıqlayıb.
Far.Az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqiri Zülqədr yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Hürmüz boğazının açılması ABŞ-ın İrana münasibətini dəyişməsindən asılıdır.
"ABŞ davranışlarını düzəldənə qədər Hürmüz boğazı açılmayacaq", - deyə Zülqədr bildirib.
İranlı rəsmi boğazın açılması üçün ABŞ-ın bir sıra tələbləri yerinə yetirməli olduğunu qeyd edib.
Zülqədr ABŞ-dan İranın dondurulmuş aktivlərini qeyd-şərtsiz azad etməyi, dəniz blokadasına son qoymağı, dəniz və hava qüvvələrini İran ətrafından çıxarmağı, sanksiyaları ləğv etməyi və İranla bağlı son iki müharibəyə görə təzminat ödəməyi tələb edib.
Bundan əlavə, İran rəsmisi ABŞ-ın Livan, Fələstin, Yəmən və İraqdakı İran müttəfiqlərinə qarşı apardığı müharibəyə son qoymasını, İranı təhdid etməməsini və "İran xalqının müqəddəslərinə hörmətsizlik etməməsini" şərt kimi irəli sürüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













